Əsas Səhifə > Dünya > Evində çimən qadın 14 yaşlı oğlanın hücumuna məruz qaldı: Qan içində tapdılar -
Evində çimən qadın 14 yaşlı oğlanın hücumuna məruz qaldı: Qan içində tapdılar -30-06-2017, 21:53. |
Antalyanın Kemer Mahalında ailəli və 1 uşaq anası olan 40 yaşlı Emel Yusupova duşda ikən evə girən 14 yaşlı U.H.T. tərəfindən 8 yerindən bıçaqlanıb. SİVİL.AZ xəbər verir ki, U.H.T. bu haqda yanına gələn bir şəxsə səhər saatlarında bir qadını bıçaqladığını söyləyib. U.H.T.-nin yanına gələn hərbi polislər ondan evi göstərməyini istəyiblər. U.H.T-nin köməkliyi ilə jandarma qrupları Anadolu Liseyi arxasındakı evə gəliblər. İçəri girərkən hamamda Emel Yusupovanı qan içində görüblər. İlk müdaxilə sonrası yaralı Kemer Dövlət Xəstəxanasına, sonra da Antalya təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Bıçaq zərbələrinin birinin ağ ciyərini deşdiyi təyin olunan Emel Yusupovanın həyati təhlükəsinin olmadığı bildirilib. Emel Yusupovanın həyat yoldaşı işi səbəbiylə şəhər xaricində olduğu, oğlunun isə hadisə zamanı çöldə olduğu deyilir. (Milli.Az) Geri qayıt |