Əsas Səhifə > Dünya > İsveç Avropa İttifaqının büdcəsinin azaldılmasını istəyir

İsveç Avropa İttifaqının büdcəsinin azaldılmasını istəyir


28-03-2017, 10:24.
title}
İsveç Avropa İttifaqının büdcəsinin azaldılmasını istəyir


İsveç hökuməti Avropa İttifaqının (Aİ) büdcəsinin azaldılmasını istəyir. Hökumət bəyan edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar qurumun büdcəsi azaldılmalıdır.

2021-ci ildə keçiriləcək danışıqlarla bağlı İsveç hökuməti beş bənd təqdim edib. SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Böyük Britaniya Avropa İttifaqını tərk edəndən sonra qurumun illik büdcəsində təxminən 200 milyard İsveç kronuna (22,8 milyard dollara) yaxın kəsir yaranacaq ki, bu da ümumi büdcənin 15 faizini təşkil edir. Buna əsasən İsveç hökuməti təklif edir ki, 2020-ci ildən sonra Aİ-nin ümumi büdcəsi 27 üzv dövlətin ümumi daxili məhsulunun 1 faizindən çox olmamalıdır.

İsveç hökuməti bildirir ki, yeni büdcənin tərtibatında xüsusi diqqət təhlükəsizlik, miqrasiya, elmi tədqiqatlar və iqlim problemləri kimi məsələlərə yönəldilməlidir. İsveç, həmçinin Avropa İttifaqına ayırdığı illik üzvlük haqqının azaldılmasını istəyir. İttifaq qarşısında öz öhdəliklərini yerinə yetirməyən ölkələr isə ümumi xəzinədən dəstək almaq imkanından məhrum edilməlidir.
Geri qayıt