Əsas Səhifə > Dünya / Üst manşet > Prezident 8 generalı istefaya göndərdi -
Prezident 8 generalı istefaya göndərdi -6-07-2017, 15:54. |
Rusiya prezidenti Vladimir Putin 8 generalı istefaya göndərib. SİVİL.AZ xəbər verir ki, Vladimir Putin Daxişi İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Federal Penitensiar Xidmətin 8 generalının vəzifədən azad olunması ilə bağlı sərəncam imzalayıb. “RİA Novosti”nin məlumatına görə, işdən çıxarılan generalların yerinə yeni təyinatlar olub. İstefaya göndərilən generallar: 1. DİN-in Baş Nəqaliyyat İdarəsi rəisinin müavini, polis general-mayoru Andrey Andreyev. 2. DİN-in Nəzarət-Yoxlama İdarəsinin rəisi, general-mayor Yevgeni Barikayev. 3. FHN-in Sverdlovsk üzrə baş idarəsinin rəisi, general-mayor Andrey Zelenskiy. 4. DİN-in Kamerov ərazisi üzrə Baş idarəsinin rəisi, polis general-leytenantı Yuri Larionov. 5. Tıva Respublikasının daxili işlər naziri, plis general-mayoru Aleksandr Lobanov. 6. Federal Penitensiar Xidmətin Rostov ərazisi üzrə baş idarəsinin rəisi, general-leytenant Serqey Smirnov. 7. DİN-in Kamerov ərazisi üzrə baş idarəsinin rəis müavini, istintaq idarəsinin müdiri general-mayor Vladimir Şepelin 8. DİN-in İstintaq departamenti rəisinin birinci müavini, general-leytenant Yuri Şin. (Publika.az) Geri qayıt |