Əsas Səhifə > Dünya > Terrorçu qadın özünü körpəsi ilə birlikdə partlatdı -
Terrorçu qadın özünü körpəsi ilə birlikdə partlatdı -9-07-2017, 13:30. |
İraqın Mosul şəhərində qadın özünü körpəsi ilə birlikdə partladıb. SİVİL.AZ xəbər verir ki, heç kimin şübhələnmədiyi, qucağında körpəsi və 2 ədəd çanta daşıyan qadın mülki şəxslərin sıx olduğu ərazidən keçərək gedib. Çəkilən fotoda qadın əsgərlər arasından keçir və ona heç bir müdaxilə edilmir. Bir neçə saniyə sonra isə partlayış var verib. Hadisə nəticəsində 2 İraq əsgəri, qadın və körpəsi dünyasını dəyişib. Qeyd edək ki, Mosulun bir hissəsi İŞİD terror qrupunun nəzarətindədir, lakin İraq ordusu bölgədə tam hakimiyyəti bərqərar etməyə çox yaxındır. Geri qayıt |