Əsas Səhifə > Dünya / Üst manşet > Dünyanın ən tənbəl ölkəsi

Dünyanın ən tənbəl ölkəsi


13-07-2017, 00:45.
title}
Dünyanın ən tənbəl ölkəsi


ABŞ-ın Standford Universitetinin elm adamları müxtəlif ölkələrdə yaşayan insanları istifadə etdikləri ağıllı smartfonlardan izləyərək təcrübə həyata keçirib.

SİVİL.AZ xəbər verir ki, mütəxəssislər insanların hər gün atdıqları addımları sayaraq, gündəlik həyatda nə qədər hərəkət etdiklərini hesablayıblar.

Araşdırma "Argus" mobil proqramını izləməklə həyata keçirilib. Təcrübdə 700 000 insan iştirak edib.

Dəqiqə-dəqiqə ölçülmüş hesablamalara görə hər gün dünyada ortalama 4961 addım atılır. Buna uyğun olaraq alimlər fəallıq dərəcəsinə görə ölkələrin siyahısını hazırlayıb.

Çin, Yaponiya, İspaniya, İngiltərə, Braziliya, BƏƏ kimi ölkələrin yer aldığı siyahıya 6880 addımla Honqkonq başçılıq edir. Ən son yerdə isə 3513 addımla İndoneziya yer alır.

Alimlər bu ölkədə yaşayan insanların ciddi sağlamlıq problemləri olduqlarını və piylənmədən əziyyət çəkdiklərini açıqlayıb. (publika.az)
Geri qayıt