Əsas Səhifə > Dünya / Üst manşet > Şimali Koreya ABŞ-la nüvə proqramına dair danışıqlar aparmaqdan imtina edib

Şimali Koreya ABŞ-la nüvə proqramına dair danışıqlar aparmaqdan imtina edib


16-07-2017, 12:34.
title}
Şimali Koreya ABŞ-la nüvə proqramına dair danışıqlar aparmaqdan imtina edib


Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə və raket proqramına dair ABŞ-la danışıqlar aparmaq niyyətində olmadığını bəyan edib.

SİVİL.AZ-ın Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, ABŞ KXDR-ə qarşı “düşmənçilik siyasəti”ni dayandırmayınca danışıqlar mümkün deyil.

“Vaşinqton anlamalıdır ki, KDXR-ə qarşı düşmənçilik siyasətini dayandırmayana qədər Şimali Koreyanın nüvə və raket proqramı heç vaxt danışıqlar predmeti, eyni zamanda KXDR-in nüvəsizləşdirilməsinə dair dialoq heç vaxt mümkün ola bilməz”, - deyə bəyanatda deyilir. (APA)
Geri qayıt