Əsas Səhifə > Dünya > Dünyadakı ən qeyri-adi ana –
Dünyadakı ən qeyri-adi ana –17-07-2017, 21:30. |
Bəzən insanın iradəsi və sönmək bilməyən arzusu heyrətamiz işlər görməsinə səbəb olur. SİVİL.AZ xarici KİV-lərə istinadən xəbrə verir ki, boyu cəmi 71 sm olan 36 yaşlı Steysi Geraldın da ana olmaq həvəsi onu qəhrəman qadına çevirib. Onların sevgi macərası da eşidənləri heyrətə salıq. Steysi boyu 175 sm. olan yaraşıqlı Uillə 2000-ci ildə işlədiyi supermarketdə tanış oldu. Cütlük bir müddət sonra evləməyə qərar verdi. Lakin Steysi ailəsinin bütöv olmasını arzu edirdi, buna görə də o, həkimlərin etirazlarına baxmayaraq övlad dünyaya gətirməyə qərar verdi. Həkimlər Steysinin fiziki görünüşü səbəbi ilə doğa bilməyəcəyini, körpənin ana bətnində öləcəyini deyirdilər. Bundan əlavə osteogenez xəstəliindən əziyyət çəkən qadının sümükləri çox xəfif, ciyərləri çox dözümsüz idi. Buna baxmayaraq Steysi çətin bir hamiləlikddən sonra dünyaya bir qız gətirdi. Lakin körpə də anası kimi fiziki qüsurlu idi. Steysi ikinci hamiləliyə də qərar verir və dünyaya Makaya adlı sağlam övlad gətirir. Uşaq tamamilə sağlam və demək olar ki, boyca anasına bərabər idi. Steysinin üçüncü uşağı da dünyaya gəldi və o da anası və böyük bacısının daşıdıı xəstəliyə irsən yoluxmuşdu. Bütün bu hekayənin baş qəhrəmanı Steysi olsa da, Uil də az fədakarlıq etmədi. O boyu çox kiçik olan qadınn köməkçisi, dayağı did. Steysinin əli hər yerə çatsın deyə evdə onun üçün daşınan pilləkanlar tikmişdi. Uşaqların bütün baxımı ilə özü məşğul olurdu. Stesi deyir ki, bütün çətinliklərə baxmayaraq 3 uşaq onunla Uilin münasibətlərini daha da möhkəmləndirib və indi onlar bir- birlərini daha çox sevirlər. İlhamə Geri qayıt |