Əsas Səhifə > Dünya > Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub
Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub29-03-2017, 12:13. |
Polşanın Ukraynadakı baş konsulluğu atəşə tutulub. SİVİL.AZ xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadla yaydığı məlumata görə, vitse-konsul Kriştof Savitski bu informasiyanı təsdiqləyib. Hadisə gecə saatlarında Lutsk şəhərində baş verib. Hazırda baş konsulluğun ərazisi polis əməkdaşları tərəfindən mühafizə olunur. Ukrayna xarici işlər naziri Pavel Klimkin baş konsulluğun binasının atəşə tutulmasını təxribat adlandırıb: “Lutskda Polşanın baş konsulluğuna qarşı təxribatdan hiddətlənirəm. Bu, Polşa ilə dostluğumuza qarşı olanların alçaq hərəkətidir. Günahkarların cəzalandırılması üçün əlimizdən gələni edirik”. Polşa XİN hadisə ilə bağlı Ukrayna səfiri Andrey Deşitsanı nazirliyə çağırıb. Qeyd edək ki, bir müddət öncə Ukraynada Polşaya qarşı vandalizm aktları olub. Geri qayıt |