Əsas Səhifə > Dünya > Bir ailənin 5 üzvü yanaraq öldü -

Bir ailənin 5 üzvü yanaraq öldü -


24-07-2017, 09:19.
title}
Bir ailənin 5 üzvü yanaraq öldü -


Rusiyanın Krasnoyarsk diyarında müvəqqəti tikilidə yanğın baş verib.

SİVİL.AZ -ın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Suxobuzimskoye yaşayış məntəqəsində qeydə alınan hadisə nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləri, ata və 4 həddi-buluğa çatmamış uşaqlardır.

Hazırda yanğın söndürülüb. Faciənin səbəbləri araşdırılır.Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.

Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb, 14 yaşında oğlu isə xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən vaxt ana evdə olmayıb.

Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşdirilir.
Geri qayıt