Əsas Səhifə > Dünya / Üst manşet > “Barselona terrorçusu”nun kimliyi

“Barselona terrorçusu”nun kimliyi


17-08-2017, 23:09.
title}
“Barselona terrorçusu”nun kimliyi


Barselona terrorunda şübhəli bilinən şəxslərdən birinin kimliyi müəyyənləşdirilib.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə El Pais qəzeti Twitter hesabında yazıb. Nəşr terror aktında şübhəli bilinən Driss Ukabirin (Driss Oukabir) fotosunu da dərc edib.

Ukabirin adına terror aktı zamanı istifadə olunan mikroavtobus icarəyə götürülüb. Polis ehtimal edir ki, sükan arxasında məhz Driss özü olub. Məlumat hələlik təsdiqlənməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları insident yerindən uzaqlaşmaq üçün Vik şəhərində (Barselona yaxınılığında) saxlanılan ikinci mikroavtobusu da aşkarlayıblar.

Xatırladaq ki, avqustun 17-də Barselonanın mərkəzində Rambla küçəsində mikroavtobus piyadalara çırpılıb. Hadisə zamanı 13 nəfər ölüb, daha 32 nəfər isə yaralanıb. (Oxu.Az)
Geri qayıt