Əsas Səhifə > Dünya / Üst manşet > Ərdoğan Almaniya XİN rəhbərinə:
Ərdoğan Almaniya XİN rəhbərinə:20-08-2017, 09:00. |
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniya XİN rəhbəri Ziqmar Qabriel kəskin tənqid atəşinə tutub. SİVİL.AZ-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bundan əvvəl Z.Qabriel R.T. Ərdoğanı Almaniyadakı seçkiqabağı kampaniyaya “kobud müdaxilə” etməkdə ittiham edib. “Sən kimsən ki, Türkiyə prezidenti ilə danışırsan!? Sən xarici işlər naziri ilə danış! Həddini bil. Bizə dərs keçməyə çalışır. Sən nə vaxtdan siyasətdəsən? Neçə yaşın var? Bizim həyatımız siyasətdə mübarizələrlə keçib. Almaniyanın bizə qapı açıb-açmamasının heç bir önəmi yoxdur, bizə açılan qapılar yetərlidir. Qapılarını bizə açan ölkələrə məmnuniyyətlə gedirik və qapımız onlara açıqdır”, - deyə Ərdoğan bildirib. Qeyd edək ki, avqustun 18-də R.T. Ərdoğan ikitərəfli münasibətlərin korlanmasında Almaniyanı günahlandıraraq, bu ölkədəki soydaşlarını qarşıdakı seçkilərdə Almaniyanın hazırkı kansleri Angela Merkeli və Sosial-Demokratik Partiyanın lideri Martin Şultsu dəstəkləməməyə çağırıb. Almaniya XİN rəhbəri Z. Qabriel R.T. Ərdoğanın bu çağırışını “seçkiqabağı kampaniyaya kobud müdaxilə” adlandırıb. O, türk əsilli Almaniya vətəndaşlarına müraciət edərək, onlardan “bundestaq seçkilərində iştirak etməyi və demokratik partiyanı seçməyi” xahiş edib. Almaniya bundestaqına seçkilər sentyabrın 24-də keçiriləcək. (APA) Geri qayıt |