Əsas Səhifə > Dünya > Hüsnü Mübarək azadlığa çıxacaq

Hüsnü Mübarək azadlığa çıxacaq


14-03-2017, 10:55.
title}
Hüsnü Mübarək azadlığa çıxacaq

Misirin sabiq prezidenti Hüsnü Mübarək yaxın günlərdə azadlığa çıxacaq. Bu barədə "Deutsche Welle" agentliyinə Mübarəkin vəkili Fərid əd-Dib məlumat verib.

Vəkilin sözlərinə görə, Misir Prokurorluğu onun azad olunması barədə müraciəti təmin edib.

Fərid əd-Dib qeyd edib ki, həkimlər Qahirə hərbi hospitalında olan 88 yaşlı Mübarəkin səhhətinin onun evə qayıtmasına imkan verdiyini müəyyənləşdirdikdən sonra keçmiş prezident xəstəxanadan buraxılacaq. Vəkil onu da bildirib ki, sabiq prezident xaricə gedə bilməyəcək.

Xatırladaq ki, Mübarəkə qarşı bir neçə cinayət işi onun 2011-ci ildə devrilməsindən sonra qaldırılıb. Kassasiya Məhkəməsi martın əvvəllərində keçmiş prezidentə bəraət verib.
Geri qayıt