Əsas Səhifə > Dünya > Putin: “Rusiya-ABŞ münasibətlərini pozmaq cəhdləri məsuliyyətsizlik və yalnışlıqdır”

Putin: “Rusiya-ABŞ münasibətlərini pozmaq cəhdləri məsuliyyətsizlik və yalnışlıqdır”


30-03-2017, 21:46.
title}
Putin: “Rusiya-ABŞ münasibətlərini pozmaq cəhdləri məsuliyyətsizlik və yalnışlıqdır”


”Rusiya ilə ABŞ arasındakı diplomatik münasibətləri pozmaq cəhdləri məsuliyyətsizlik və yanlışlıqdır”.

SİVİL.AZ xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Arktika forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.

”Biz diplomatik münasibətləri tamamilə kəsmək istəyirik? 60-cı illərə, Karib böhranına qədərki vəziyyətə gətirib çıxarmaq istəyirik? Bəs bundan sonrası nə olacaq?” - deyə Rusiya dövlət başçısı münasibətlərin pozulmasının Amerika xalqının əksəriyyətinin marağında olmadığına əminliyini bildirib.

V. Putin Rusiyanın ABŞ-a müharibə etmək deyil, əməkdaşlıq münasibətləri qurmaq istədiyi nəhəng dövlət kimi yanaşdığını vurğulayıb: “Ümid edirəm ki, Moskva və Vaşinqton Suriya və Ukraynadakı münaqişələrin nizamlanması, eləcə də Arktika və kosmos məsələləri ilə bağlı əməkdaşlığa nail olacaq”.

Rusiya prezidenti ABŞ-dakı seçkilərə müdaxilə etdikləri yönündə ittihamları qətiyyətlə rədd edib. O, ABŞ-dakı antirusiya əhval-ruhiyyəsini bəzi siyasi qüvvələrin öz mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirib.
Geri qayıt