Əsas Səhifə > Dünya / Üst manşet > Daha bir ölkədə İŞİD hakimiyyətinə
Daha bir ölkədə İŞİD hakimiyyətinə28-08-2017, 17:06. |
Filippinin Maravi bölgəsində 23 mayda İŞİD-lə ordu qüvvələri arasında başlayan qarşıdurma sona çatmaq üzrədir. SİVİL.AZ xəbər verir ki, Filippin ordusunun sözçüsü Eqdar Arevalo 50-60 terrorçunun 500 kv.m ərazidə müdafiə olunması barədə xəbər yayıb. O həmçinin "Əllərində qalan son ərazi olduğu üçün ehtiyyatlı hərəkət edirik. Hər şeyi edə bilərlər. Əraziyə əl partlayıcıları yerləşdiriblər, insanlardan canlı sədd kimi istifadə edə bilərlər" deyib. Qeyd edək ki, ərazidə 23 maydan 60 günlük fövqəladə vəziyyət elan edilib, sonra isə bu dövr il sonuna qədər uzadılıb. 3 aydan çoxdur davam edən qarşıdurmada 597 terrorçu öldürülüb, 130 əsgər və 45 mülki vətəndaş dünyasını dəyişib. Ətrafda yaşayan 400 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb. ("Qaynarinfo") Geri qayıt |