Əsas Səhifə > Dünya > Lavrov və Tillerson arasında
Lavrov və Tillerson arasında31-08-2017, 05:00. |
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. SİVİL.AZ-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir. “Söhbət zamanı Şimali Koreyanın həyata keçirdiyi son raket sınağı diqqət mərkəzində olub. Tərəflər bildiriblər ki, rəsmi Pxenyanın atdığı addım BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini kobud sürətdə pozub”, məlumatda deyilir. S. Lavrov həmçinin gərginliyin azaldılmasında siyasi-diplomatik yollara alternativin olmadığını, gözlənilməz nəticələrə gətirib çıxara bilən hər hansı hərbi addımdan çəkinməyin zəruriliyini vurğulayıb. (APA) Geri qayıt |