Əsas Səhifə > Dünya > Brüsseldə plastik paketlər qadağan edilib

Brüsseldə plastik paketlər qadağan edilib


4-09-2017, 15:30.
title}
Brüsseldə plastik paketlər qadağan edilib


Belçikanın paytaxtı Brüsseldə sentyabrın 1-dən etibarən mağazalarda birdəfəlik plastik paketlərin istifadə olunması qadağan edilib.

SİVİL.AZ-ın məlumatına görə, bu qadağa paytaxtdakı bütün ticarət sahələrinə şamil edilib.

Yalnız meyvə və tərəvəz üçün plastik paketlərin 2018-ci ilin sentyabrınadək istifadə olunmasına icazə verilib. Hazırki qadağadan əvvəl alınmış plastik paketlər noyabrın 30-dək istifadə oluna bilər.

Qeyd edək ki, ötən il Fransanın supermarketlərində plastik paketlərin satışı qadağan edilmişdi. (Trend)
Geri qayıt