Əsas Səhifə > Dünya > Çində “Hyperloop” nəqliyyat növü

Çində “Hyperloop” nəqliyyat növü


5-09-2017, 16:00.
title}
Çində “Hyperloop” nəqliyyat növü


Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASİC) “Hyperloop” nəqliyyat növü yaradacağını elan edib.

SİVİL.AZ xəbər verir ki, Çinin Xubey vilayətinin Uxan şəhərində inşa ediləcək “Hyperloop” maqnit relslərdən ibarət olacaq. Sərnişin kapsulları isə bəzən tunellər, bəzən də yerin üzərindəki mövcud vakuumlu borular vasitəsilə hərəkət edəcək. Güman edilir ki, sərnişin kapsulunun sürəti saatda təxminən 1000 kilometr olacaq.

CASIC Çində ilk, dünyada isə “Hyperloop Transportation” və “Hyperloop One” şirkətlərindən sonra üçüncü müəssisədir ki, bu cür texnologiyanı yaradacağını elan edib. Korporasiya təmsilçilərinin sözlərinə görə, NASA-nın Çindəki analoqu olan bu qurum sistem mühəndisliyi və səs sürətli nəqliyyat vasitələrinin hazırlanması sahəsində yaxşı təcrübəyə malikdir. (AZƏRTAC)

Çində “Hyperloop” nəqliyyat növü

Geri qayıt