Əsas Səhifə > Dünya > Müxtəlif ölkələrdə qadınların
Müxtəlif ölkələrdə qadınların6-09-2017, 15:00. |
Qadınlar daima gözəl görünməyə can atıb. Lakin gözəllik haqqında anlayışlar ölkədən-ölkəyə fərqlənir. SİVİL.AZ-ın verdiyi məlumata görə, dünyanın müxtəlif yerlərində qadınların ideal gözəllik anlayışları və bəzənməyin üsulları fərqlənir. Uzun boyun Padaunq xalqının qadın nümayəndələri "gözəllik qurban tələb edir" kəlməsini yaxşı anlayır. Bu qəbilədən olan qadınlar hələ 5 yaşından boyunlarına eni 1 sm olan latundan dəmir halqalar asır. Yaşları artdıqca, halqaların sayı da artır.Belə ki, ahıl yaşında olan qadınların boynu hündürlüyü 30 sm olan halqalarla "bəzədilə" bilər. Mövcud versiyalardan birinə görə, bu ənənənin yaranma səbəbi müdafiə olunmaqdır. Tarixən, padaunq qəbiləsi müasir Myanma və Tyalandın dağlıq ərazilərində yaşayıb. Qəbilənin kişiləri ov üçün kəndi tərk edəndə, müdafiəsiz qalan qadınlar pələnglərin hücumlarına məruz qala, onların qurbanına çevrilə bilərdilər. Beləliklə, halqalar vəhşi heyvanlardan müdafiə olunmaq üçün bir növ zirehə çevrilirdi. Baxmayaraq ki, indi bu ərazilərdə pələnglər yaşamır, ancaq boyun və ayaqları halqalarla örtmək ənənəsi hələ də mövcuddur. Bundan əlavə, padaunq qadınlarının qənaətinə görə, bu qəbilənin kişiləri uzunboyunlu qadınları bəyənir və halqaları olan qızın ərə getmək şansı daha çox olur. Uzun dodaq Həbəşistan qəbiləsi olan mursinin qızları bəzənmək üçün daha radikal üsullara əl atır. Onlar aşağı dodaqlarını dairəvi disk vasitəsilə aşağı dartır. Qızın 15-18 yaşı olanda, onun anası ya digər bir qadın qızın aşağı dodağını bıçaq və ya oxla kəsir və oraya taxta yerləşdirir. Sonra taxtanı gildən, yaxud taxtadan hazırlanan balaca boşqabla əvəzləyirlər. Vaxt keçdikcə, boşqab daha böyüyü ilə əvəzlənir. Bəzən bu "bəzəklərin" diametri 12-15 sm-ə çata bilər. Diskin aşağı dişlərə təzyiq göstərməməsi üçün onları çıxarırlar. Ancaq hamısını yox, 2-4 kəsici dişi. Bir sözlə, diski yemək, yaxud yuxu zamanı çıxarmaq olar. Hesab edilir ki, diskin ölçüsü böyük olduqca, qadının sosial statusu da böyüyür. Belə ki, diskin ölçüsü vöyüdükcı, gəlinə verilən başlığın da məbləği çoxalır. Lakin mursi qəbiləsinin qızları boşqabla "təltif" olunmazdan xeyli əvvəl ərə gedir. Bundan əlavə, boşqab qadının yaşının göstəricisidir: boşqab genişdirsə, qadın daha yaşlıdır. (Oxu.Az) Geri qayıt |