Əsas Səhifə > Dünya / Üst manşet > Ən bahalı klassik avtomobillər -
Ən bahalı klassik avtomobillər -5-09-2017, 07:00. |
SİVİL.AZ oxu.az-a istinadla dünyanın ən bahalı klassik avtomobillərini təqdim edir. 1937, “Bugatti Type 57S” (4.4 milyon $) “Bugatti Type 57S” modeli ilk dəfə Earl Howe tərəfindən satın alınmışdı. Howe avtomobilə yeni buferlər, baqaj və yan şüşələr əlavə etmişdi. Sonrakı sahibi JP Tingay tərəfindən avtomobilə Marshall K200 supercharger əlavə edildi. Sonda Dr. Carr bu avtomobili aldı. Yaxın dövrdə həyatını itirən Dr. Harold Carra aid olan bu avtomobil yaxınları tərəfindən satışa çıxarıldı. Avtomobil 2009-cu ilin fevral ayındakı Bonham Retromobile Avtomobil Sərgisində hərracla 4.4 milyon dollara satıldı. “007 Aston Martin dB5” (5-10 milyon $) Dünyanın ən bahalı klassik avtomobilləri siyahısında qeyri-adi bir əlavə olaraq 1964-ci il istehsalı “Aston Martin db5” də iştirak edir. Bu klassik avtomobil bir neçə unikal xüsusiyyətə malikdir. Avtomobil “Goldfinger” və “Thunderball” filmlərində göründükdən sonra 1969-cu ildə radioçu Jerry Lee tərəfindən 12.000 dollara satın alındı. Avtomobil 27 oktyabr 2010-cu ildə “London Avtomobil” tenderində iştirak etdi. Digər “dB5”-in isə 1997-ci ildə baş verən bir oğurluqdan sonra məhv edildiyi düşünülür. Avtomobil tarixində əhəmiyyətli yeri olan bu avtomobilin 5-10 milyon dollar arasında qiyməti olduğu güman edilir. “Ferrari 250 GT California Spyder” (11 milyon $) Bir hərracda satılan bu avtomobil James Coburna aid idi. 2008-ci ilin mayında satılmış “Ferrari 250 GT” iyirmi beş il boyunca davam edən Steve McQueen və James Garner rəqabətində istifadə edildi. Pininfarina tərəfindən hazırlanan “Ferrari” Coburnun şərəfinə “Kaliforniya” adını alıb. 1957, “Ferrari 250 Testa Rossa” (12.4 milyon $) Fərqli bir dizayna malik olan bu avtomobil yarışlarda iştirak edib və 1958–1961-ci illlər arasındakı on yarışın hamısını qazandığı üçün məşhurdur. Piero Drogonun sürdüyü xüsusi avtomobil 1958-ci ilin yanvar ayındakı 1000 km-lik Buenos Aires yarışında 4. sırada iştirak edib. “Ferrari 250 Testa Rossa” keçirilmiş bir hərracda 12.4 milyon dollara satılıb. “Rolls-Royce Phantom II Continental” (13 milyon $) Almaniyada olan “Rolls-Royce” muzey sahibi Hans-Gunther Zach “Hindistan Ulduzu” adlı bu avtomobilin də daxil olduğu bütün kolleksiyasını muzeyin qalasında satmağı qərara aldı. “Rolls-Royce Continental Phantom II” indiyə qədər istehsal edilən 281 ədəddən biri idi. Rajkot Mihracesi üçün yaradılmış avtomobil narıncı və alüminium rəng birləşməsi ilə nəzərdə tutulmuşdur. “Hindistan Ulduzu” hərracda 13 milyon dollara satışa çıxmışdı. Ancaq bilinməyən bir səbəbdən daha sonra siyahıdan çıxarıldı. “”Bugatti Type 57S Atlantik” (30-40 milyon $) Bu modeldən yalnız dörd ədəd istehsal edilib və onlardan cəmi ikisi qalıb. Biri “Bugatti” kolleksiyaçısı Dr. Peter Williamsona, digəri isə stilist Ralph Laurena aiddir. İkinci sahibi tərəfindən yüksək səviyyədə yenilənən və bəzi əlavələr edilən avtomobil 30-40 milyon dollar arasında bir qiymətlə adı açıqlanmayan bir alıcıya satılmışdır. Geri qayıt |