Əsas Səhifə > Dünya > Dünyanın ən soyuq 10 ölkəsi -
Dünyanın ən soyuq 10 ölkəsi -7-09-2017, 09:00. |
Səyahət, tətil deyəndə əksəriyyətimizin ağlına dəniz, günəş, isti ölkələr gəlir. Ancaq soyuq, bir o qədər də əyləncəli olan yerlər də var. SİVİL.AZ soyuq iqliminə baxmayaraq, möhtəşəm gözəllikləri, əvəzolunmaz mənzərələri ilə tanınan bu ölkələri təqdim edir. Monqolustan Rusiya ilə Çinin ortasında yerləşən ölkənin dənizə çıxışı yoxdur. Bura ucsuz-bucaqsız çöllər və sonsuz göy üzünə sahibdir. Qışda temperatur mənfi 20 ilə 40 dərəcə arasında dəyişir. Əsilləri Cənubi və Orta Asiyadakı köçəri xalqlardan gələn monqolların böyük əksəriyyəti çadırda yaşamağa üstünlük verirlər. Bir sözlə, maraqlı ölkədir. Yolunuzu buradan salsanız, qəti peşman olmazsınız. Estoniya Şimali Avropada yerləşən ölkədə qışda havanın hərarəti mənfi 5 ilə 10 dərəcə arasında dəyişir. Baltik dənizinin təsiri ilə yayda temperatur müsbət 17-22 dərəcəyədək yüksəlir. Bura ən çox “bəyaz gecələr”i ilə məşhurdur. Gün ərzində hava 3-4 saat qaralır. Təkcə bunu görmək üçün Estoniyaya getməyə dəyər. Ölkə dünyada təhsil səviyyəsinin yüksək olması baxımından Kubadan sonra ikinci yerdədir. Finlandiya Finlandiya Baltik dənizi sahilində yerləşən, 188 min gölün, 180 min adanın yer aldığı möhtəşəm ölkədir. Cənubda mənfi 30 dərəcə olan soyuq hava Qərbə doğru mənfi 40 dərəcəyə qədər düşür. Burada buzdan hotellərə çox rast gəlinir. Turistlərin ən çox qalmaq istədikləri yerdir. Üstəlik, uşaq olanda cizgi filmlərindən gördüyümüz nağıllar aləmi Laplandiya da - Şaxta babanın kəndi də bu ölkədədir. Qazaxıstan Ərazisinin böyüklüyünə görə dünyanın doqquzuncu ölkəsidir. Qışı soyuq və sərt olur. Geniş əraziyə sahib ölkənin hava şəraiti bölgələrinə görə fərqlənir. Paytaxt Astanada 105 metrlik “Baiterek” Qalası və təbii gözəlliyi ilə seçilən Böyük Almatı Gölünü görməyə dəyər. Bundan savayı, qazaxların at sütündən hazırladıqları “qımız” adlı içkiləri də olduqca məşhurdur. İslandiya “Səyahətdə fərqli gözəlliklər axtarıram” deyirsənsə, o zaman İslandiyaya get. Adı “Buz ölkəsi” mənasını verir. İslandiya Şimali Amerika və Avropa qitələri arasında yerləşən ada ölkəsidir. İlıq hava axınının təsiri nəticəsində adanın Cənub və Cənub-Qərb sahillərində qış mülayim və rütubətli keçir. İslandiya möhtəşəm mənzərələri ilə sizi heyran edəcək. Amerika Birləşmiş Ştatları Amerikanın hər əyalətinə aid olmasa da, Alyaska və Vaşinqton ştatları soyuq iqlimi ilə tanınır. Ərazisinə görə ən böyük ştat olmasına baxmayaraq, Alyaskanın əhalisi azdır. Kanada Kanada dünyanın ən uzun sahil xəttinə, olduqca uzun və sərt qış mövsümünə sahibdir. İqtisadi rifahı və yaşayış səviyyəsinin yüksəkliyinə görə burada məskunlaşmaq üçün ölkəyə hər il minlərlə müraciət daxil olur. Bundan başqa, görüləsi gözəl, mənzərəli yerləri də var. Sadəcə, soyuq olduğundan çox adam buna risk etmir. Rusiya Ərazisinə görə dünyada ən böyük dövlətdir. Ədəbiyyat, musiqi və bir çox sənət sahələri üzrə məşhur olan tanınmışların vətənidir. Qış aylarında temperaturun mənfi 40 dərəcəyədək endiyi Rusiyada, günəş üzünü yalnız iki ay göstərir. Qrenlandiya Dünyanın ən böyük adası olan Qrenlandiya Atlantik Okeanının şimalında yerləşir. Bəmbəyaz qarlarla örtülmüş bu buzlar diyarında “qurd it”lərin müşayiəti ilə xizəklə qar üzərində süzülmək sənə uşaqkən izlədiyin film səhnələrini andıracaq. Bura dağ yürüşü və digər bu tip əyləncələrlə yanaşı, “bəyaz gecələr”i ilə tanınır. Ada minlərlə səyahətsevərin görmək istədikləri məkanlar siyahısında ilk sıralarda yer alır. Antarktida Cənub Qütbü çevrəsində yerləşən Antarktidada ümumilikdə mənfi 50 dərəcəyə yaxın olan temperaturun mənfi 89 dərəcəyədək endiyi zamanlar olub. Ətrafdakı buzların yaratdığı göz oxşayan, əvəzsiz mənzərənin tam mərkəzidir Antarktida. (seyahetchi.com) Geri qayıt |