Əsas Səhifə > Dünya / Üst manşet > Maduro dollara alternativ valyuta yaratmaq
Maduro dollara alternativ valyuta yaratmaq8-09-2017, 20:01. |
Venesuela hökuməti dollara alternativ dünya valyutası yaratmaq niyyətindədir. SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro ölkənin Konstitusiya Assambleyasında çıxışı zamanı deyib. "Venesuela yeni beynəlxalq ödəmələr sistemi tətbiq edəcək və dollardan azad olmaq üçün valyuta səbəti yaradacaq. Valyuta səbəti Rusiya rublu, yen, yuan, avro və hind rupisi kimi valyutalardan ibarət olacaq", - deyə N. Maduro bildirib. Geri qayıt |