Əsas Səhifə > Dünya > Bakıya gələn gəmini partlatmaq istədilər -

Bakıya gələn gəmini partlatmaq istədilər -


12-09-2017, 12:57.
title}
Bakıya gələn gəmini partlatmaq istədilər -


Türkmənistan xüsusi xidmət orqanları ölkənin Türkmənbaşı şəhərindən Bakıya gələn sərnişin bərəsində terror aktının qarşısını alıb.

SİVİL.AZ Report-a istinadla xəbər verir ki, ad və soyadları açıqlanmayan Türkmənistan vətəndaşı olan iki qardaş bərəyə partlayıcı qurğu keçirməyə cəhd göstərərkən tutulublar.

Məlumata görə, qardaşlar əvvəldən müxtəlif istiqamətlərə bilet alıblar. Sonda Bakıya gələn bərəyə miniblər. Onlar partlayıcını hissə-hissə bərəyə daşıyaraq, bombanı onun göyərtəsinə yığmağı planlaşdırıbmışlar. İnformasiyaya əsasən, partlayış Türkmənistanın su ərazisində törədilməli imiş.

Həmin gün bərədə 170-ə yaxın sərnişin və Türkiyə şirkətinə məxsus yük avtomobilləri olub. Məlumata görə, xüsusi xidmət orqanları terror aktının törədiləcəyini əvvəlcədən bilirmiş.

Partlayışın qarşısının alınması əməliyyatı avqustun 28-də keçirilsə də, məlumat sentyabrın 12-də yayılıb.
Geri qayıt