Əsas Səhifə > Dünya / Üst manşet > "Qızlardan hansısa səhvən hamilə qalırdısa, heç bir xəbər olmadan yoxa çıxırdı” -
"Qızlardan hansısa səhvən hamilə qalırdısa, heç bir xəbər olmadan yoxa çıxırdı” -21-09-2017, 00:30. |
Son dövrdə keçirdiyi nüvə sınaqları ilə dünya ölkələrinin sərt qınaq obyektinə çevrilən Şimali Koreyanın adı daha bir qalmaqallı iddiada hallanır. SİVİL.AZ xəbər verir ki, ölkədən Cənubi Koreyaya qaçan polkovnik qızı adını dəyişdikdən sonra xarici mediaya danışıb. Yeni adı Lim olan 26 yaşlı qız ölkədə qorxunc edamların, seks kölələrinin olduğunu iddia edib. Onun sözlərinə görə, 11 musiqiçi cinsi məzmunlu filmlər çəkməkdə ittiham edilərək, dəhşətli şəkildə öldürülüblər: "O gün gördüklərim ürəyimi bulandırdı. Təxminən 10 min adam hadisəni izləyirdi və mən də qurbanlardan təxminən 60 metr uzaqda idi. Əvvəl onları qamçıladılar, sonra zenit raketlə vurdular. Bu atışlar zamanı musiqiçilərin bədənləri hissələrə ayrılıb, tamamilə yox oldu. Qan və bədən üzvlərinin hissələri hər yerdə uçuşurdu. Ondan sonra tanklar gəldi və qalan hissələrin üstündən keçdi". Lim ölkədə yaşananların bununla bitmədiyini, prezidentin gözəl qızları seks köləsi kimi yanında saxladığını qeyd edib. O, "Əgər həmin qızlardan hansısa səhvən hamilə qalırdısa, sonra heç bir xəbər olmadan yoxa çıxırdı", - deyib. (qafqazinfo) Geri qayıt |