Əsas Səhifə > Dünya / Manşet > "İranın nüvə proqramı ilə bağlı razılaşmaya yenidən baxılmalıdır" -
"İranın nüvə proqramı ilə bağlı razılaşmaya yenidən baxılmalıdır" -21-09-2017, 00:10. |
"İranın nüvə proqramı ilə bağlı razılaşma saxlanılmalıdır, lakin ölkənin raket fəaliyyəti, eləcə də 2025-ci ildən sonra Tehrana məhdudiyyətlərlə bağlı bəzi müddəalar əlavə edilməlidir". SİVİL.AZ Trend-ə istinadla bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib. "Hesab edirəm ki, 2015-ci il razılaşması saxlanılmalıdır, çünki yaxşı sənəddir. Nüvə razılaşmasını tamamilə ləğv etmək səhv olardı". Onun sözlərinə görə, sazişin mətninə iki və ya üç element əlavə olunmalıdır: "Balistik raketlərə diqqət yetirilməlidir, bu, 2015-ci ilin razılaşması ilə əhatə olunmur. İkincisi, 2025-dən sonra baş verəcəklərdir". Geri qayıt |