Əsas Səhifə > Dünya / Video > Rusiyada hotel yanır: İnsanlar pəncərədən özünü atır -
Rusiyada hotel yanır: İnsanlar pəncərədən özünü atır -21-09-2017, 18:03. |
Rostov-na-Donu şəhərinin mərkəzində Semaşko dalanında yerləşən Torn House hotelində baş verib. SİVİL.AZ-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, fasad örtüyündən başlayan yanğının alovları bütün binanı – 840 kvadrat metr ərazini əhatə edib. Məlumata görə, hoteldən, yaxınlıqda yerləşən evlərdən və uşaq bağçasından 400 nəfərdən artıq insan, o cümlədən 61 uşaq təxliyyə edilib. Hadisə nəticəsində bir nəfər həlak olub. Şahidlərin sözlərinə görə, adamlar özlərini aşağı mərtəbələrdən yerə atıblar. “Beş qız ikinci mərtəbədən özünü yerə atırdı, oğlanlar isə onları tuturdular. Onlardan heç biri xəsarət almayıb”, - deyə hadisənin şahidləri bildiriblər. Geri qayıt |