Əsas Səhifə > Dünya > 7 yaşlı qızı zorlayıb öldürən bütün İranın gözü qarşısında edam edildi -
7 yaşlı qızı zorlayıb öldürən bütün İranın gözü qarşısında edam edildi -22-09-2017, 00:30. |
7 yaşlı Atina Əslaninin qatili, 42 yaşlı İsmayıl Cəfərzadə bu gün Parsabad şəhərində edam edilib. SİVİL.AZ virtualaz.org-a istinadən bildirir ki, qatilin edamı ölkənin dövlət televiziyası ilə birbaşa yayımlanıb. Ötən il Ərdəbilin Parsabad şəhərində zorlandıqdan sonra qətlə yetirilən Atina Əslaninin qatili, “Parsabad şeytanı” ləqəbi ilə tanınan İsmayıl Rəngrəz (Cəfərzadə) sentyabrın 21-də səhər Atinanın valideyinləri və Parsabad sakinlərinin gözü qarşısında edam edilib. Məlumata görə, İranın Ali Məhkəməsi İsmayll Rəngrəzi Atina Əslanini oğurlamaqda, zorlamaqda və qətlə yetirməkdə günahkar bilərək, ötən ay barəsində edam hökmü verib. Geri qayıt |