Əsas Səhifə > Dünya > Erməni kəşfiyyatçısını Azərbaycana casusluqda ittiham etdilər

Erməni kəşfiyyatçısını Azərbaycana casusluqda ittiham etdilər


1-04-2017, 21:30.
title}
Erməni kəşfiyyatçısını Azərbaycana casusluqda ittiham etdilər


Dövlətə xəyanətdə ittiham edilən 38 yaşlı mayor Qarik Marutyan 14 il azadlıqdan məhrum edilib.


Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, müvafiq qərar Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsi tərəfindən qəbul edilib.

Qarik Marutyanı Azərbaycanın xeyrinə casusluqda ittiham ediblər və günahkar kimi tanıyıblar.

Məhkəmə bağlı qapılar arxasında keçirilib. Təqsirləndirilən ittihamıarı qəbul etməyib və özünü günahkar bilməyib.

İttihama əsasən, uzun illər müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi vəzifələrini tutmuş Qarik Marutyan, sosial şəbəkələr vasitəsi ilə Türkiyədə fəaliyyətdə olan Azərbaycan xüsusi xidmət orqanları ilə əlaqə qurub və pul qarşılığında onlara müxtəlif, həmçinin dövlət sirri hesab olunan məlumatlar ötürüb.
Geri qayıt