Əsas Səhifə > Dünya > İran nüvə razılaşmasından imtina edir?
İran nüvə razılaşmasından imtina edir?29-09-2017, 10:49. |
İran xarici işlər naziri Cavad Zərif İranın nüvə razılaşmasından çəkilə biləcəyini deyib. SİVİL.AZ xəbər verir ki, "Al Jazeera"ya bu barədə açıqlama verən nazir ABŞ-ın sazişdən çəkiləcəyi təqdirdə bu addımı atacaqlarını bildirib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr 2015-ci ildə nüvə razılaşmasına imza atıb. Razılaşmaya əsasən, İran uranın zənginləşdirilməsi proqramında uran stokunu 300 kq-a endirməyi, plutonium istehsal edən ağır su reaktorunu sökməyi qəbul etmiş, beynəlxalq arena üzvləri isə bu ölkəyə qarşı qəbul etdikləri sanksiyaları dayandırmaq qərarı almışdı. ABŞ prezidenti Donald Tramp isə BMT-nin 72-ci ümumi yığıncağında İranla imzalanmış müqavilənin ABŞ tarixindəki ən pis və təktərəfli razılaşma olduğunu demiş, utancverici adlandırmışdı. ("Qaynarinfo") Geri qayıt |