Əsas Səhifə > Dünya / Manşet > Ərdoğan kürdlərə müraciət etdi

Ərdoğan kürdlərə müraciət etdi


30-09-2017, 22:27.
title}
Ərdoğan kürdlərə müraciət etdi


"Qərb dövlətləri bizə silah, pilotsuz uçan aparatları satmaq istəmədilər, amma biz özümüz inkişaf edərək, lazım olan silahları istehsal edirik. İnşallah, özümüz təyyarə də hazırlayacağıq".

SİVİL.AZ-ın report-a istinadən məlumatına görə, bunu Ərzurumda əhali qarşısında çıxış zamanı Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

"Bu gün bütün lazım olan silahları heç kimə güvənmədən, özümüz istehsal edirik. Bu mənada 2023-cü ilə qədər iqtisadi inkişaf baxışımız da önəm kəsb edir", - deyə prezident bildirib.

O, gənclərə müraciət edərək, Türkiyəni daha güclü etmək üçün var qüvvələri ilə çalışmağa çağırıb: "Mən 2053-cü ili görməyəcəm. Amma siz daha güclü Türkiyəni görməyə şans qazanacaqsınız".

R.T. Ərdoğan Türkiyədə və bölgədəki digər ölkələrdə yaşayan kürdlərə də müraciət edib. Kürdüstan dövlətin yaradılması məsələsinə toxunan prezident onlara dəstək verən qüvvələrə aldanmamağa çağırıb: "Onlar heç vaxt sizin xidmətçiləriniz olmayacaqlar. Sizi istismar edənlərə aldanmayın".
Geri qayıt