Əsas Səhifə > Dünya / Üst manşet > Kral Kataloniyadakı referendumu tanımadı
Kral Kataloniyadakı referendumu tanımadı4-10-2017, 00:09. |
İspaniya kralı VI Filipp Kataloniyada keçirilən referendumu tanımayıb. SİVİL.AZ "Report"a istinadən bildirir ki, bu barədə "El Pais" xəbər verib. Referendumdan iki gün sonra televiziyada çıxış edən kral muxtariyyət ərazisindəki səsvermələri tanımadığını deyib. Onun sözlərinə görə, Kataloniya hökuməti qanunsuz referendum keçirib və öz hərəkətləri ilə İspaniyanın vahidliyini dağıtmaq məqsədilə demokratik prinsipləri pozub. "Onlar qaydaları müntəzəm pozaraq qərarlar qəbul etdilər, ölkə hakimiyyətinə Kataloniyada təqdim edilən nifrəti göstərdilər", - deyə kral vurğulayıb. VI Filipp əlavə edib ki, muxtariyyət hakimiyyəti İspaniya konstitusiyasını və Kataloniyanın muxtariyyəti haqqında qanunu pozub. Geri qayıt |