Əsas Səhifə > Dünya / Üst manşet > İspaniya Kataloniyaya qarşı sanksiya tətbiq etdi

İspaniya Kataloniyaya qarşı sanksiya tətbiq etdi


7-10-2017, 11:58.
title}
İspaniya Kataloniyaya qarşı sanksiya tətbiq etdi


İspaniya höküməti Kataloniya Muxtar vilayətinin keçirdiyi və qeyri-qanuni elan edilən müstəqillik referendumuna görə bölgəyə ciddi iqtisadi sanskiyalar qəbul edib.

SİVİL.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, iqtisadiyyat naziri Luiz de Quindos nazirlər kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verərək bildirib ki, firmalar mərkəzi ofislərini Kataloniya xaricinə köçürmək istəsələr, bu prosesdə onlara köməkliklər ediləcək və bunun üçün müvafiq qərarnamə verilib. "Biznes mühitində qeyri-sabitlik və qeyri-müəyyənlik yaradan məsuliyyətsiz siyasətin nəticəsi olaraq çox sayda vacib şirkətin Kataloniyanı tərk etməsini izləyirik. Sabadell Bankı, "Oryzon" biotexnologiya şirkəti və s. bu tipli şirkətlərin mərkəzi binalarını Barselona xaricinə köçürmək istəmələri öz qərarlarıdır. Bundan əlavə "Caixa Bankı", "Gas Natural" və "Freixenet" şirkətləri də Barselonanı tərk etmək üçün hazırlıqlara start verib.

Hökümət sözçüsü Mendes de Viqo məsələ ilə bağlı açıqlama verərək qərarların ispan xalqının maraqlarını müdafiə məqsədilə qəbul edildiyini deyib və Kataloniyanı qanunlara əməl etməyə çağırıb.

Beynəlxalq Valyuta Fondu Kataloniyanın müstəqillik referendumunun İspaniya iqtisadiyyatını qeyri-müəyyənliyə apara biləcəyini açıqlayıb.

Qeyd edək ki, bu qərarlara baxmayaraq muxtar vilayət referendumun nəticələrini açıqlayıb. Seçicilərin 90,18%-nin müstəqillik istədiyi bildirilir.
Geri qayıt