Əsas Səhifə > Dünya / Manşet > Böyük Britaniya Rusiya sərhədlərində qoşun yerləşdirəcək
Böyük Britaniya Rusiya sərhədlərində qoşun yerləşdirəcək14-03-2017, 13:41. |
Britaniya Rusiya ilə mübarizə üçün Estoniya ərazisində hərbi kontingent yerləşdirəcək. civilazerbaijan.com xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb. Qəzet bildirir ki, müdafiə naziri Maykl Fellon yaxın günlərdə Rusiya təhlükəsinin qarşısını almaq üçün yaxın günlərdə Estoniyaya hərbi kontingentin göndərilməsinin tezləşdirilməsi ilə bağlı göstəriş verib. Fellon öz növbəsində bildirib ki, NATO bu il ön cəbhədə mövcudiyyətini genişləndirəcək. Hərbi kontingentin ilk partiyası Estoniyaya bu həftə göndəriləcək. Bundan əlavə Polşa və Rumıniyada ingilis əsgərləri yerləşdiriləcək. “NATO üzvü müttəfiqlərimizi sakitləşdirməyin ən yaxşı yolu Rusiyanın istənilən təcavüzünün qarşısını almaqdır” – Felllon belə deyib. Britaniya hərbi kontingentinin tərkibinə 5-ci batalyonun 800 əsgəri, “Challenger 2” tankı və taktik dronlar daxildir. Bu “soyuq müharibə” dövründən bu yana Britaniyanın Rusiya sərhədlərinə göndərdiyi ən böyük qoşun birləşməsidir. Geri qayıt |