Əsas Səhifə > Dünya / Üst manşet > Azərbaycanlı milyarder oğlunu varis etmədi
Azərbaycanlı milyarder oğlunu varis etmədi11-10-2017, 12:52. |
Bu gün Rusiyada “Lukoyl” üçün daxili rəqabətdə, eləcə də Qərb ölkələrinin sanksiyalarına görə risklər mövcuddur. SİVİL.AZ axar.az-a istinadən xəbər verir ki, bunu "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov “Blumberq TV”yə müsahibəsində söyləyib. Ələkbərovun sözlərinə görə, “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin “Lukoyl” şirkətini alması barədə ehtimallar onu narahat etmir: "Mən bu gün bu haqda narahat deyiləm. Yaxın 3-5 ildə şirkətin rəhbəri vəzifəsində qalmağı planlaşdırıram. Çünki Rusiyada riskləri dəf etmək daha asandır. Təbii ki, mən varisim barədə düşünürəm. Ümid edirəm ki, həyatımın işini davam etdirəcək o şəxs layiqli namizəd olacaq. Lakin o mənim oğlum olmayacaq. Çünki bu iş çox ağırdır. Lakin oğlum bu biznesdə qalacaq". Geri qayıt |