Əsas Səhifə > Dünya / Üst manşet > Jirinovskidən Azərbaycan və Qarabağla bağlı sensasiyalı -
Jirinovskidən Azərbaycan və Qarabağla bağlı sensasiyalı -20-10-2017, 07:30. |
"Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq". SİVİL.AZ-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib. “Dəyişən dünyada inteqrasiya prosesləri” mövzusunda aparılan panel diskussiyada çıxış edən Jirinovski Azərbaycan və prezident İlham Əliyevlə bağlı maraqlı açıqlamalar verib. Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb. RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır: “Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur”. Onun sözlərinə görə, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir. “Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsüz ki, burada əsas məsələ SSRİ-nin qeyri-qanuni parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu, mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır” – deyə deputat bildirib. Jirinovski qeyd edib ki, kataloniyalılara simpatiya bəsləyir, amma hesab edir ki, İspaniya kralı haqlıdır, bura krallıqdır, vahid ölkədir. “Azadlıq arzusunu qəbul etməyimizə baxmayaraq, onu da qəbul edirik ki, ölkələrin “şəhər respublikaları” və “kənd dövlətləri” kimi bölüşdürməsi nəticədə sonsuz müharibələrə gətirib çıxaracaqdır” – deyə Dumanın deputatı bildirib. “Mən Azərbaycanı salamlayıram. Bu ölkənin rəhbəri İlham Əliyevi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMU) məzununu, onun atasını yaxşı tanıyıram. Amma onların problemləri uzun müddət qalacaq. Qüds problemini həll etmək mümkündür? Yox. Yəhudilər hesab edirlər ki, bu, onların şəhəridir, paytaxtıdır, ərəblər isə hesab edirlər ki, onlarındır” – deyə Rusiya liberallarının lideri əlavə edib. Geri qayıt |