Əsas Səhifə > Dünya / Üst manşet > Gürcüstanda deputatlığa azərbaycanlı namizədin güllələnməsi ilə bağlı

Gürcüstanda deputatlığa azərbaycanlı namizədin güllələnməsi ilə bağlı


20-10-2017, 10:43.
title}
Gürcüstanda deputatlığa azərbaycanlı namizədin güllələnməsi ilə bağlı


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.

SİVİL.AZ
xəbər verir ki, məlumata əsasən, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində “Gürcü Arzusu” Partiyasının seçki qərargahının yaxınlığında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb: “Yaralananlar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyati təhlükəsi yoxdur. Cinayət Məcəlləsinin qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq aparılır”.

Məlumatda qeyd olunub ki, daxili işlər naziri Giorgi Mqebrişvili insidentdən sonra hadisə yerinə gedib, aparılan istintaqın detalları və yaralıların vəziyyəti ilə tanış olub.

Marneuli xəstəxanasından yaralıların vəziyyətinin stabil olduğu bildirilib. Onların Tbilisi xəstəxanasına aparılmasına ehtiyac yaranmadığı qeyd olunub. Dünən gecə saatlarında xəstəxanaya baş çəkmiş səhiyyə naziri David Sergeenko insident zamanı daha bir nəfərin yaralandığını bildirib. Hazırda ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirlərini davam etdirirlər. (APA)
Geri qayıt