Əsas Səhifə > Dünya > Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb

Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb


2-04-2017, 20:20.
title}
Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb


Ermənistanda parlament seçkiləri başa çatıb, səslərin sayılmasına başlanılıb.

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, saat 17:00-yə olan məlumata görə, seçkilərdə seçicilərin 50,93%-i iştirak edib.

Seçkidə beş partiya - hakim Respublika, Kommunist, Daşnaksutyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edib.
Geri qayıt