Əsas Səhifə > Dünya > Ermənistandakı seçki ilə bağlı ilk həbs xəbəri gəldi
Ermənistandakı seçki ilə bağlı ilk həbs xəbəri gəldi2-04-2017, 22:53. |
Ermənistan hakimiyyəti total saxtakarlıq faktları ilə üz-üzə qalması səbəbindən müəyyən cəza tədbirlərinə əl atmağa başlayıb ki, etirazçı kütləni neytrallaşdırsın. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın hüquq mühafizə orqanları Armavir viklayətində təkrar səsverməyə cəhd faktı üzrə araşdırmalara başlayıb. Artıq faktla əlaqədar cinayət işi qaldırılıb. Ermənistanın İstintaq komitəsinin mətbuat xidməti məlumat verib ki, araşdırmalar nəticəsində Armavir şəhər sakini A. Kaqzvantsyan səhər saat 08.15-də səsvermə məntəqəsində səs verib. Ancaq bir neçə saat sonra o, yenidən həmin məntəqəyə gələrək təkrar səs vermək istərkən ifşa olunub. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və Kaqzvantsyan həbsedilib. Maraqlıdır ki, hələlik müxalifət seçkinin ilkin nəticələri ilə bağlı təmkinli mövqedə dayanıb. “Exit poll” isə səslərin 75 faizini Sərkisyan və onun müttəfiqinin adına “yazıb”, müxalifəti kənarda saxlayıb. Amma yəqin ki, sabah Ermənistan müxalifəti “sükutu pozacaq”. Geri qayıt |