Əsas Səhifə > Dünya > “Ölüm mələyi” həbsxanada öldürüldü:

“Ölüm mələyi” həbsxanada öldürüldü:


3-04-2017, 02:00.
title}
“Ölüm mələyi” həbsxanada öldürüldü:


“Ölüm mələyi” ləqəbli qatil Donald Harvi həbsxanada öldürülüb.

SİVİL.AZ cebhe.info-ya istinadən xəbər verir ki, Ameriakda törətdiyi cinayətlərə görə “ölüm mələyi” adlandırılan məhbus ömürlük həbsə məhkum edilmişdi.

Onun cəsədi Ohio həbsxanasındakı kamerasında tapılıb.

64 yaşındakı məhbus başından dəyənəklə vurularaq öldürülüb.

Məlumat üçün bildirək ki, Harvi 1987-ci ildə tibb mütəxəssisi kimi çalışdığı xəstəxanalarda 37 xəstəni öldürməkdə ittiham edilib.

O, məhkəməsi zamanı başqa bir xəstəxanada işlədiyi zaman daha 18 xəstəni zəhərləyərək öldürdüyünü açıqlayıb. Qatilin hədəfində təkcə xəstələr yox, həm də xəstələrin yanına gələn qohumları olub. Onların yeməklərinə siçan zəhəri də daxil olmaqla zəhərli maddələr qatan “ölüm mələyi” öldürməkdən zövq aldığını deyib.
Geri qayıt