Əsas Səhifə > Dünya > Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb

Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb


3-04-2017, 06:00.
title}
Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb


Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, “Erkir media” telekanalının sifarişi əsasında "Baltic Surveys/The Gallup Organization" şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%), dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

“Exit-poll” 125 məntəqədə 19 130 seçici arasında keçirilib.
Geri qayıt