Əsas Səhifə > Dünya / Üst manşet > “Ağıllı” kostyum təqdim edildi
“Ağıllı” kostyum təqdim edildi1-11-2017, 15:00. |
Çin Elmlər Akademiyasının üzvü Van Çjunlin nanoenergetika və nanosistemlər üzrə beynəlxalq konfransda parçaya yerləşdirilən sensorlar vasitəsilə istifadəçinin sağlamlıq vəziyyətini müstəqil qiymətləndirə bilən “ağıllı” kostyum təqdim edib. SİVİL.AZ oxu.az-a istinadən xəbər verir ki, kostyum parçasına tikilən elastik indikator və sensorlar istifadəçinin bədən temperaturunu ölçür, müstəqil şəkildə kimyəvi balansın monitorinqini aparır, qan təzyiqini izləyir və orqanizmin həyat fəaliyyətinin bir sıra digər göstəricilərini düzgün qeydə alır. Bildirilir ki, bu məlumatların sistemləşdirilməsi və istifadəçinin smartfonuna ötürülməsi arasında intervalı mobil proqramla tənzimləmək mümkündür. Mobil əlavə təkcə informasiyanı strukturlu şəklə salaraq saxlamır, eyni zamanda, lazımi məlumatları müalicəni aparan həkimə ötürür. Bu, xəstəni palata və ya qəbulda olmayanda da nəzarət altında saxlamağa imkan verir. Məlumata görə, kostyumun əsasını Çin alimlərinin bu yay hazırladıqları əyilən və elastik triboelektrik nanogenerator təşkil edir. Generatorun hərəkət zamanı toplanan enerjini elektrik siqnallarına çevirməsi ondan digər texnologiyalarda istifadəyə imkan verir. Geri qayıt |