Əsas Səhifə > Dünya / Üst manşet > Tramp FES-in rəhbəri postuna namizəd irəli sürüb

Tramp FES-in rəhbəri postuna namizəd irəli sürüb


3-11-2017, 09:00.
title}
Tramp FES-in rəhbəri postuna namizəd irəli sürüb


ABŞ prezidenti Donald Tramp Amerikanın Mərkəzi Bankı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri postuna Cerom Pauelin namizədliyini irəli sürüb.

SİVİL.AZ
-ın APA-yə istinadən verdiyi xəbərə görə, D.Tramp qərarını jurnalistlərə bu gün Ağ Evdə Cerom Pauelin iştirakı ilə keçirilən mətbuat konfransında açıqlayıb.

ABŞ qanunvericiliyinə əsasən, C.Ceromun namizədliyi Senat tərəfindən təsdiqlənmədir.

Sərmayəçi bankir C.Cerom əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən FES İdarə Heyətinin üzvüdür.

Qeyd edək ki, Tramp FES-in hazırkı rəhbəri Canet Yeleni baza faiz dərəcəsini aşağı səviyyədə saxlamaq siyasətinə görə dəfələrlə sərt tənqid edib.

Canet Yelenin FES rəhbəri postunda səlahiyyətlərinin müddəti 2018-ci ilin fevralında başa çatır.
Geri qayıt