Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanında 11 şahzadə həbs olundu
Səudiyyə Ərəbistanında 11 şahzadə həbs olundu5-11-2017, 11:33. |
Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin həbs edilməsinə dair qərar qəbul edib. SİVİL.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, yerli mətbuatda bildirilir ki, şahzadələrdən biri silah-sursatın tədarükü ilə bağlı qanunsuz sazişlər imzaladığı üçün həbs edilib. Digər şahzadə saxta müqavilələr imzalamaqda, daha biri isə pulların “yuyulması”nda ittiham olunur. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi kralın fərmanı ilə dünən, noyabrın 4-də yaradılıb. Geri qayıt |