Əsas Səhifə > Dünya / Üst manşet > Puçdemon Belçika polisinə
Puçdemon Belçika polisinə5-11-2017, 17:38. |
Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun Belçika polisinə təslim olduğu təsdiqlənib. SİVİL.AZ-ın verdiyi məlumata görə, bu barədə Brüssel Prokurorluğu məlumat yayıb. Brüssel Prokurorluğu məhkəmənin 24 saat ərzində K. Puçdemonun həbsi barədə qərar qəbul edəcəyini də açıqlayıb. Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. İspaniya Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri K. Puçdemonun həbsinə Avropa orderi verib. Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra Belçika polisi K.Puçdemonu həbs etməlidir. Geri qayıt |