Əsas Səhifə > Dünya / Üst manşet > Azərbaycanlı milyarderin həbsinə qərar verildi
Azərbaycanlı milyarderin həbsinə qərar verildi11-11-2017, 13:37. |
Məhkəmə Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun həbsi barədə qiyabi qərar çıxarıb. SİVİL.AZ virtualaz.org-a istinadən xəbər verir ki, o, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib. Telman İsmayılovun vəkilinin bildirdiyinə görə, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya şikayəti verilib. Xatırladaq ki, sentyabr ayında İsmayılovun obyektlərində axtarış aparılıb. Mənbələrin bildirdiyinə görə, axtarışlara səbəb iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlləri olub. "Rosbalt” bildirir ki, Telman İsmayılov 8 sifarişli qətlin həyata keçirdiyi güman edilən qruplaşma ilə əlaqədə şübhəli bilinir. Deyilənə görə, azərbaycanlı iş adamına qarşı ifadəni həmin qruplaşmanın üzvlərindən biri – Harri Belotserkovski verib. Onun sözlərinə əsasən, qrup Moskvanın şimalında yerləşən ticarət mərkəzləri ilə bağlı olan iş adamlarını "aradan götürürmüş”. Geri qayıt |