Əsas Səhifə > Dünya / Manşet > Makkeyn: ABŞ-ın təhlükəsizliyi təhlükədədir

Makkeyn: ABŞ-ın təhlükəsizliyi təhlükədədir


12-11-2017, 12:32.
title}
Makkeyn: ABŞ-ın təhlükəsizliyi təhlükədədir


Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə inanması ABŞ milli təhlükəsizliyi üçün təhdiddir.

SİVİL.AZ
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ senatoru Con Makkeyn söyləyib.

“Tramp Putinin səmimiyyətinə inandığını, Rusiyanın prezident seçkisinə müdaxilə etdiyini inkar etdi. Üstəlik, o, Moskva ilə Suriyada bundan sonrakı əməkdaşlığa ümid etdiyini də təkrarladı. Tramp gərək ABŞ-ın xeyrinə düşünməyən Putinə yox, ABŞ kəşfiyyatına inansın. ABŞ-ın milli təhlükəsizliyi təhdid altındadır. Bəşər Əsəd hakimiyyətdə qaldığı müddət ərzində Rusiya ilə Suriyanın həllində əməkdaşlıq heç bir fayda verməyəcək”, – Makkeyn bildirib. (Axar.az)
Geri qayıt