Əsas Səhifə > Dünya > Dollar işarəsi necə yaranıb? -
Dollar işarəsi necə yaranıb? -14-11-2017, 07:00. |
Son vaxtlar dünyanın bir çox ölkələrində dolların bahalaşması bu pul vahidinə diqqəti artırıb. Lakin bir çoxlarının dollar - $ işarəsinin necə əmələ gəlməsi haqqında məlumatı yoxdur. SİVİL.AZ xəbər verir ki, illər boyu bu haqda bir neçə nəzəriyyə ehtimal edilib. Ən çox qəbul edilən mənbəyə əsasən ($) işarəsinin yaranması 1700-ci illərin sonlarında Amerikada inqilab dövründə əsas mübadilə vahidi kimi istifadə edilmiş İspan pesosuna köklənir. O zamana aid əlyazma sənədləri göstərir ki, Amerikada peso - PS işarəsi kimi qısaldılıb. Güman edildiyinə görə, zaman keçdikcə bu qısaldılmış işarədə tez-tez S hərfi P hərfinin üstündə yazılıb. Bu isə $ simvolunun əmələ gəlməsinə gətirib çıxardıb. $ simvolu 1800-ci ildən sonra ilk dəfə sənədlərin çap versiyalarında ortaya çıxıb. Habelə 1875-ci ildə ilk ABŞ kağız əskinazında dolların nəşr edilməsinə qədər ümumi istifadədə olub. (publika.az) Geri qayıt |