Əsas Səhifə > Dünya / Manşet > Avropadan şok qərar:

Avropadan şok qərar:


15-11-2017, 20:00.
title}
Avropadan şok qərar:


Avropa Birliyi tarixində ilk dəfə vahid ordu yaratmaq haqqında anlaşma imzalanıb.

SİVİL.AZ
xəbər verir ki, Avropanın müdafiə-təhlükəsizlik sektorunun gücləndirilməsini hədəfləyən Avropa Birliyi ölkələri 70 ildən sonra ilk dəfə razılığa gəliblər.

Anlaşmaya imza atan 23 dövlət 5 milyard avroluq Müdafiə Fondu quracaq. Fond əsasən silah alınmasını, hərbi əməliyyatların keçirilməsini maliyyələşdirəcək.

Fonda Avropa Birliyinin büdcəsindən də maliyyə daxil ola biləcək. Beləliklə, 23 ölkənin ordusu hesabına nəhəng bir Avropa Ordusu qurulacaq.

Analitiklər hesab edirlər ki, ABŞ Prezidenti Donald Trampın Avropa Birliyi ölkələrini NATO-ya yetərincə maliyyə dəstəyi göstərməməkdə ittiham etməsi Avropa Birliyinə üzv ölkələrin ortaq hərbi əməliyyatlar üçün addım atmasını sürətləndirib.

Digər tərəfdən 23 ölkənin hərbi potensialının birləşdirməsi Avropa Birliyinin hərbi dəstək baxımından ABŞ-dan asılılığını azaldacaq.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Federiko Moqerini 23 ölkənin xarici işlər nazirinin imzaladığı anlaşmanı tarixi razılaşma kimi qiymətləndirirb. Moqerini qeyd edib ki, əldə edilən razılaşma NATO-nun fəaliyyətini də gücləndirəcək.

Almaniya Xarici İşlər naziri Sigmar Qabriel razılaşmanı Avropanın inkişafında nəhəng addım kimi xarakterizə edib.

Qeyd edək ki, dekabrda Avropa Birliyi liderləri bu anlaşmanın davamı olaraq hüquqi razılaşma da imzalayacaq.

Məlumatda qeyd edilir ki, İngiltərə bir müddət anlaşmaya qarşı çıxıb, lakin Breksitin ardından Almaniya və Fransanın liderliyində vahid ordu ideyası qabarıq üzə çıxıb.

Təşəbbüsü qəbul edən ölkələr Avstrya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksenburq, Hollandiya, Polşa, Ruminiya, Slovakiya, Sloveniya, İspaniya və İsveçdir. (Teleqraf.com)
Geri qayıt