Əsas Səhifə > Dünya > Otlardan hörülmüş körpü -
Otlardan hörülmüş körpü -19-11-2017, 21:00. |
Perunun Kanas və Kusko əyalətlərinin sakinləri dərin dərə üzərindən otlardan hörülmüş körpü salıblar. SİVİL.AZ AZƏRTAC-a istinadla bildirir ki, uzunluğu 36 metr olan körpü əlaqəsi kəsilmiş bir neçə kəndi birləşdirir. Qadınlar quru otlardan kəndir hörərək bu işdə kişilərə kömək ediblər. Körpünün quraşdırılmasında kəndlərin 1000 nəfərə qədər sakini iştirak edib. Maraqlıdır ki, bütün proseslər yalnız əllə, xüsusi mexanizm olmadan görülüb. Geri qayıt |