Əsas Səhifə > Dünya > Ayda böyük mağara tapılıb

Ayda böyük mağara tapılıb


18-11-2017, 18:00.
title}
Ayda böyük mağara tapılıb


“Kaguya” kosmik aparatı vasitəsilə aparılan müşahidələr zamanı Ayın səthində 50 kilometr uzunluğunda mağara aşkarlanıb. Mütəxəssislərin fikrincə, mağara gələcəkdə astronavtlar üçün sığınacaq kimi istifadə oluna bilər.

SİVİL.AZ
-ın xəbərinə görə, ekspertlər qeyd edirlər ki, mağara 3,5 milyard il bundan əvvəl vulkan püskürməsi zamanı yaranıb. O, Marius təpələri adlı lava günbəzlərinin altında yerləşir.

Astronomlar hesab edirlər ki, mağarada astronavtların daimi bazası inşa oluna bilər. İnsanlar burada Günəş radiasiyası və kosmik şüalardan qorunacaqlar. (Oxu.Az)


Geri qayıt