Əsas Səhifə > Dünya / Manşet > Vladimir Putin və Bəşər Əsəd görüşüb
Vladimir Putin və Bəşər Əsəd görüşüb21-11-2017, 10:23. |
Rusiyanın dövlət başçısı Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə görüşüb. SİVİL.AZ-ın verdiyi xəbərə görə, görüş noyabrın 20-də Soçidə baş tutub. Görüşdə bildirilib ki, artıq Suriyada hərbi əməliyyatlar tamamlanmaq üzrədir. Görüşdə terror probleminin qlobal xarakter daşıdığına işarə edən V. Putin bildirib ki, terrorla mübarizədə tam qələbə üçün hələ çox var. Ancaq Suriyada bu istiqamətdə hərbi əməliyyatlar yekunlaşır. Putin Suriyanın sülh istəyən dövlətlərlə siyasi əməkdaşlığa hazır olduğunu qeyd edib. Son illər Suriyada terrorçularla mübarizədə uğurlar əldə edildiyini, ölkənin ərazi bütövlüyü və müstəqilliyini qorumağa müvəffəq olduqlarını vurğulayan Bəşər Əsəd isə bildirib ki, Suriyanın əsas hissəsi terrorçulardan azad edilib: “Həmin yerləri tərk etməyə məcbur olan suriyalılar artıq geri qayıdıb”. Siyasi inkişaf baxımından Rusiyanın köməyinə ümid etdiyini qeyd edən Əsəd deyib ki, Suriya xalqı artıq geriyə baxmaq istəmir: “Kim bizimlə siyasi əməkdaşlıq qurmaq istəyirsə, onlarla dialoqlar aparmağa hazırıq”. Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani Suriyadakı vəziyyətlə əlaqədar üçtərəfli görüş keçirəcəklər. (APA) Geri qayıt |